İDMAN

Formula 1″də könüllü olmaq istəyən gənc: “Bakıdakı yarışda əlavə təcrübə əldə edəcəyik

“Formula 1” üzrə Azərbaycan Qran-prisində könüllü olmaq üçün müraciət edən Məryəm Əli Bakıdakı yarışda əlavə təcrübələr qazanmaq istəyir.

“Report”un məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlama verib.

Müsahibə iştirakçısı yarış üçün ilk dəfə qeydiyyatdan keçdiyini bildirib:

“Azərbaycan Qran-prisində iştirak etmək istəyirəm. Müsahibədən gözləntilərim böyükdür. Çox maraqlı və əyləncəli keçəcəyini düşünürəm. “Formula 1″də əlavə təcrübələr qazanacağıq. Bütün tanışlarım, dostlarım məni bu yolda dəstəkləyirlər”.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında baş tutacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir