İDMAN

Azərbaycanın 3×3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

3×3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində millilərimizin rəqibləri müəyyənləşib

7-8 iyun Kosovonun Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun (2025) təsnifat mərhələsinin oyunları baş tutacaq. Təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət millimiz “B” qrupunda Kosovo, Malta seçmələri ilə, qadın millimiz “B” qrupunda Kosovo yığması ilə üz-üzə gələcək. Kişi millimiz qrupda ilk oyununu 7 iyun Bakı vaxtı ilə 11:45-də Maltaya qarşı, ikinci oyununu isə 8 iyun 13:35-də Kosovo yığmasına qarşı keçirəcək. Qızlarımızın isə qrupdakı yeganə oyunu 8 iyun saat 13:10-da Kosovo millisinə qarşı baş tutacaq.Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir