“Çelsi” London təmsilçisinin futbolçusu ilə maraqlanır
İngiltərənin “Çelsi” klubu “Vest Hem”də çıxış edən futbolçu Məhəmməd Kudusla maraqlanır.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi 24 yaşlı yarımmüdafiəçinin transfer imkanını nəzərdən keçirir.
Qanalı oyunçunun müqaviləsindəki bəndə əsasən, onu almaq istəyən klub 85 milyon funt-sterlinq (təxminən 101 milyon avro) ödəməlidir.
Kudusun London təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, afrikalı futbolçu başa çatan mövsümdə “Vest Hem” forması ilə 35 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Report.Az