BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Paytaxda şövqlə keçirdiyimiz Novruz bayramını Qərbi Azərbaycanda da keçirmək bizlərə qismət olacağına inanırıq”  

Təmraz Tağıyev: “Paytaxda şövqlə keçirdiyimiz Novruz bayramını Qərbi Azərbaycanda da keçirmək bizlərə qismət olacağına inanırıq”

 

 

“Nərimanov
rayonu paytaxtın mərkəz rayonlarından biri  olaraq, həm də  Qərbi Azərbaycanlıların ən çox məskunlaşdığı
rayonlardandır.” – bu fikirləri Qərbi Azərbaycan icması Nərimanov təşkilatının
rəhbəri Təmraz Tağıyev bildirib.

Təmraz
Tağıyev bildirib ki,  Nərimanov RİH-in təşkilatçılığı
ilə xalqımızın milli bayaramı olan Novruz bayramı rayonda böyük coşqu ilə qeyd
edilib. Rayon ərazisində yerləşən Nərimanov parkında genişməzmunlu sərgi və  möhtəşəm bayram konserti təşkil edildi. Bu
bayram tədbiri bir daha nümayiş etdirdi ki, uzun illər yurd həsrəti çəkən Qərbi
Azərbaycanlıları da  bu illər boyu öz
milli adət-ənənələrini  qoruyub saxlamış,
böyüməkdə olan nəslə ötürə bilmişlər.

Rayon təşkilatı
olaraq daim əlaqə saxladığımız rayonumuzun ən yaşlı xanımı 102 yaşlı  Fatma İsmayılova da,
belə bu adət
ənənələrini qəlblərində  yerli-yataqlı daşımaqla
hər birimizdə bir ümud çırağı yandırıb.  Bu
gün hər bir Qərbi Azərbaycanlı ürəklərində saxladıqları  xatirələrdə o illərin adət ənənlərinin xüsusi  yeri var və hər birimiz Azərbaycan Prezidenti
İlham Əliyevin sərkərdəliyi ilə doğma yurda qayıdacaqları günü səbrsizliklə
gözləyirik. İnanırıq ki,  o gün uzaqda
deyil. Hətta yaşlı insanlarımızı belə yaşadan məhz bu  inamdır.

İnanırıq
ki, paytaxda belə şövqlə keçirdiyimiz Novruz günlərini məhz Qərbi Azərbaycanda
da keçirmək bizlərə qismət olacaq.



Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir