Təmraz Tağıyev: “Qarşıdakı aylarda seçicilərimizə verdiyimiz öhdəliklərin yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışmalıyıq”
Təmraz Tağıyev: “Qarşıdakı aylarda seçicilərimizə verdiyimiz öhdəliklərin yerinə yetirilməsi üçün var qüvvəmizlə çalışmalıyıq”
“Sabahdan
yeni iş həftəsi başlayır. Mart ayında istirahət günləri çox olsa da bələdiyyələrin
hər biri növbəlilik prinsipi ilə iş başında oldular”- bu fikirləri Nərimanov bələdiyyəsinin
sədri Təmraz Tağıyev bildirib.
Sədr bildirib
ki, istirahət günlərinin çoxluğu bələdiyyənin büdcə gəlirlərinə təsirsiz ötüşmədi. Odur ki, bələdiyyələrin
vergi xidmətinin əməkdaşları aprel ayında ciddi şəkildə işləməklə büdcə vəsaitlərinin
cəlb edilməsinə nail olmalı, BAMS-nın yaratdığı yeni imkanlardan layiqincə
yararlanmalıdırlar. Bələdiyyələr həmçinin
BAMS-da yeni tətbiq edilən SMS xidmətindən
tam şəkildə istifadə etməklə büdcə vəsaitlərini artıra bilərlər.
Nəzərə
alaq ki, qarşıdakı aylarda seçicilərimizə verdiyimiz öhdəliklərin yerinə
yetirilməsinə çalışmalıyıq.
Bu gün seçicilər
səs verdikləri bələdiyyələrdən yalnız iş
gözləyir. Etimadı doğrultmaq üçün hər
bir bələdiyyə var qüvvəsi ilə çalışmalıdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/