BƏLƏDİYYƏ

Bələdiyyənin baş mühasibi dünyasını dəyişib

Bələdiyyənin baş mühasibi dünyasını dəyişib


Sabunçu
bələdiyyəsinə ağır itki üz vermişdir.
Bələdiyyəmizdə 2017-ci ilin mart
ayından, əvvəl müfəttiş sonralar mühasib, yanvar 2025-ci ildən isə baş mühasib
vəzifələrində işləmiş, 2019-2024-cü illərdə bələdiyyə üzvü olan, gözəl
insan,qayğıkeş ana, savadlı kadr Yaqubova Təranə Xalid qızı  24.03.2025-ci ildə ömrünün 42-ci baharında qəfil
dünyasını dəyişmişdir.

Allahdan ona rəhmət 2 övladına, ata və anasına səbr diləyirik.
Təranə xanım özünün səmimiyyəti,sadəliyi, mədəniyyəti, saflığı, YAP və dövlətçiliyə sədaqəti,
vətənpərvərliyi ilə onu tanıyanların, xüsusən çalışdığı kollektivin bütün üzvlərinin
qəlbində əbədi olaraq yaşayacaqdır. Onun ölümü bizləri sarsıtdı. Yerin Cənnət
olsun Allahımız sənə rəhmət bizlərə isə səbr versin. 

ALLAH RƏHMƏT ELƏSİN!

 Sabunçu bələdiyyəsinin
kollektivi

Mənbə: Meneviyyat.Az/