Yasamal rayonunda abadlıq işləri davam etdirilir
Yasamal rayonunda abadlıq işləri davam etdirilir
Yasamal
rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal bələdiyyəsi tərəfindən rayonun müxtəlif ünvanlarında kompleks
tədbirlər həyata keçirilir.Rayonun ayrı-ayrı küçələrində,həyət və yaşayış
məhəllələrində abadlıq-quruculuq işləri aparılır, sakinlərin rahat
gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt
örtüyü çəkilir.Rayonun Şəfayət Mehdiyev küçəsi 79 ünvanında məhəllədaxili
yollara asfalt örtüyünün çəkilməsinə başlanılmışdır.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində
aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Mənbə: Meneviyyat.Az/