Eldar Əzizovu fərqləndirən əsas cəhət
Eldar Əzizovu fərqləndirən əsas cəhət
Son
günlər Bakı Şəhər İcra Hakimiyyətində bir çox yeni təyinatların olması, üstəlik
uzun illərdən sonra vakant olan müavin vəzifələrdən
birinə təyinatın olması bütün diqqəti yenə
paytaxt merinin üzərinə yönəltmiş oldu.
Uzun illər əvvəl tanıdığım, habelə fəaliyyətini
daim izlədyim bir insan haqqında hansısa fikri söyləmək bu gün mənə elə də cətin deyil. Çünki Eldar Əzizovun Bakı
ŞİH-ə qədəm
qoyduğu ilk gündən bu günədək fəaliyyəti göz önümdədir. İstər Nizami, İstər Gəncə və Sumqayıt, istərsə də
Səbail RİH-də
çalışdığı dövrdə hər
zaman kreativ layihələrlə gündəmdə olan bir insanı siyasi rəhbər olaraq fəaliyyətinə
qiymət vermək elə də çətin deyil.
Qısa şəkildə istərdim haqqında danışdığım siyasi rəhbərin fərqli cəhətlərindən yalnız bir məqama toxunum.
Məmur olaraq gözütox olması ilə seçilən Eldar Əzizov
paytaxtda kifayət qədər park və bağların salınması, şəhərin bir paytaxt olaraq Azərbaycana layiq şəhər
olmasına çalışması deyərdim ki
onun fəaliyyətinin bəlkə də ən əsas istiqamətidir.
Lakin onu fərqləndirən
digər əsas məqam isə Eldar Əzizovun özünün siyasi kadr məktəbinin
yaratmasıdır. Bu “məktəbdə” kadrlardan əsas tələb Vətəninə, xidmətində dayadqıları dövlətinə layiqincə xidmət edilməsi dayanır. Yəni bu məqamda o
kadrın haralı olması Eldar Əzizov üçün heç bir əhəmiyyət kəsb etmir. Onun komandasında ölkəmizin
bütün istiqamətlərindən olan şəxslər var.
Bu
gün məhz bu prinsiplə fəaliyyət göstərən Eldar Əzizovun kadr məktəbini əla qiymətlərlə
başa vuranlar hərəsi bir sahəyə təyinat alıb, artıq özləri siyasi rəhbər olaraq
vətəndaş məmnunluğunun təmin edilməsinə dəstək verirlər. Onu da etiraf edim ki, bu məktəbi əla qiymətlərlə
bitirib, lakin fəaliyyətində qüsurlara yol verənlər olsa da, bütün hallarda
siyasi kadr məktəbi fəaliyyətdədir və kadrlar yetişdirilməsi davam edir.
Hər halda bu işdə dəyərli Eldar Əzizova uğurlar
arzulayır, düşünürəm ki, yeni təyinat alanlar, habelə digər “məzunlar”da hansı “məktəbi” bitirdiklərinin
fərqində olub, Vətəninə, dövlətinə daha sədaqətlə xidmətlərini davam edəcəklər.
Vüqar
Tofiqli
Mənbə: Meneviyyat.Az/