BƏLƏDİYYƏ

Şirvan bələdiyyəsində tədbir keçirilib

Şirvan bələdiyyəsində tədbir keçirilib

“Korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsinə dair 2022- 2026 cı illər üçün Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında “Azərbaycan Pespublikası Prezidentinin Sərəncamına
uyğun olaraq Şirvan bələdiyyəsində tədbir keçirilib” – bu barədə məlumatı
Şirvan bələdiyyəsinin sədri  İlham Səfərov
 bildirib.

Mövzu
ətrafında geniş məruzə edən sədr bələdiyyə qanunvericliyində bu istiqamətdə qəbul
edilən qanunlardan və onların icra mexanizmlərindən danışıb.

Tədbirdə
Şirvan RİH Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
müdiri Hənifə Mövlayev, bələdiyyənin sədr müavini  Samirə Abişova və digər natiqlər ölkə
başçısnın Sərəncamını günün aktual məsələsi olduğunu xüsusi ilə vurğulayıblar.

Tədbirdə
qeyd olunub ki, bələdiyyənin fəaliyyətində şəffaflığı təmin etmək üçün mətbuat
və digər KİV imkanlarından istifadə edilir, əhali arasında maarifləndirmə işləri
aparılır.

Belediyye.info



Mənbə: Meneviyyat.Az/