İsrafil Hüseynov: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə zəruri tədbirlər görülür”
İsrafil Hüseynov: “Təbii fəlakətin nəticələrinin aradan qaldırılması yönündə zəruri tədbirlər görülür”
“Ölkəmizdə baş verən təbii fəlakətin yaratdığı fəsadları aradan qaldırmaq üçün bizdə bir yerli özünüidarəetmə orqanı olaraq bələdiyyə iclasında qəsəbədəki mövcud vəziyyəti təhlil etmiş və qarşıda duran problemlərin həlli ilə bağlı görülməli olan işlər müzakirə olunmuşdur”- bu barədə fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.
Sədrin sözlərinə görə, təbii fəlakətdən zərər çəkmiş ərazilərə baxış keçirilmiş, həyata keçirilməli olan məsələlərin həlli üçün addımlar atılmışdır.
Sözsüz ki, intensiv yağan yağışlar Buzovna qəsəbə sakinlərinə də problem yaradıb.
Sədr daha sonra qeyd edib ki, yağan aramsız və güclü yağış səbəbilə əhalinin sıx məskunlaşdığı küçələrdə və həyətyanı sahələrdə yaranan problemlər Xəzər RİH-in təşkilatçılığı və müvafiq qurumların iştirakı ilə tamamilə aradan qaldırılmış, bəzi yollarda nəqliyyatın hərəkəti üçün müvafiq işlər görülmüşdür.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/