İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi ənənəyə sadiq qalaraq bundan sonra vətəndaş məmnunluğunu təmin etməyə çalışır”
İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi ənənəyə sadiq qalaraq bundan sonra vətəndaş məmnunluğunu təmin etməyə çalışır”
“Bu gün Buzovna bələdiyyəsi seçicilərin irəli sürdüyü bütün məsələləri diqqətdə saxlayır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov bildirib.
“Zağulba” prospektində yerləşən sanatoriyanın giriş hissəsindəki mozaikanin təmir-bərpa işlərini bələdiyyə öz öhdəsinə götürüb. Hazırda ərazinin layihə üzrə bərpa işləri davam etdirilir.
Mozaika Buzovna qəsəbəsinin simvollarından biri olduğundan bələdiyyə layihənin icrasını diqqətdə saxlayır, hər gün bələdiyyədə yaradılmış komissiyanın üzvləri əraziyə baxış keçirir və yaranan problemləri yerindəcə həllinə çalışır.
Sədr bildirib ki, Buzovna bələdiyyəsi ənənəyə sadiq qalaraq qəsəbənin abadlığı ilə bağlı hər daim layihələri icra etməklə bundan sonra da vətəndaş məmnunluğunu təmin etməyə çalışacaq.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/