DÜNYA

FTB Kaliforniyada avtomobil partladılmasını terror kimi qiymətləndirib

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi qiymətləndirib.

“Report” xəbər verir ki, bunu FTB-nin Los-Anceles ofisinin direktor köməkçisi Akil Devis “CBS News” kanalı tərəfindən yayımlanan mətbuat konfransında deyib.

“Bu, düşünülmüş terror aktıdır. Araşdırma apardıqca bunun beynəlxalq və ya daxili terror olduğunu müəyyən edəcəyik”, – A.Devis bildirib.

O əlavə edib ki, FTB hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanır. Devis cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edərək, bunun istintaqa mane olacağını deyib.

Qeyd edək ki, mayın 18-də Palm-Sprinqsdəki tibb mərkəzinin yaxınlığında avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir