İDMAN

“İnter Mayami” Jordi Alba ilə müqavilə müddətini uzadıb

ABŞ təmsilçisi “İnter Mayami” futbolçusu Jordi Alba ilə müqavilə müddətini uzadıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Alba “İnter Mayami”yə 2023-cü ildə “Barselona”dan (İspaniya) keçib. O, bu mövsüm meydana çıxdığı 17 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir