İDMAN

Azərbaycanın daha bir basketbol millisi B divizionunda mübarizə aparacaq – YENİLƏNİB

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Bu barədə “Report”a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

B divizionunun matçları iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq. 

Azərbaycan yığması C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 4-də Bosniya və Herseqovina yığmasına qarşı olacaq.

15:47

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Bu barədə “Report”a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində baş tutacaq. 

Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.

Mənbə: Report.Az