İDMAN

“Neftçi” basketbol klubunun məşqçisi “Sabah”a məğlubiyyətə münasibət bildirib

Komandamı məğlub saymıram.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin məşqçisi Daviti Çivçivadze “Sabah”a qarşı Azərbaycan Basketbol Liqasının final seriyasının 6-cı matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis çempionluğu əldən verdikləri görüşü (78:83) şərh edib:

“Mövsüm barədə onu deyə bilərəm ki, mən gələndə komanda aşağı pillədə idi. Heç kim inanmırdı ki, komanda pley-off mərhələsində və finalda iştirak edə bilər. Ancaq gərgin əməyimiz sayəsində buna nail olduq. Onu da deyim ki, finalda ölkənin ən güclü kollektivi ilə qarşılaşdıq. Böyük əzmlə mübarizə apardıq və güclü rəqibə məğlub olduq. Buna baxmayaraq, oyunçularımla fəxr edirəm. Onların hər birini döuüşçü adlandırardım. Ancaq idmanda şans da vacibdir. Bu oyundu, qalib olduğu kimi, məğlub tərəf də var. Ancaq mən “Neftçi”ni məğlub saymıram. Çünki biz ən aşağı pillədən başladıq və çempionatı ikinci pillədə bitirdik”.

Qeyd edək ki, tərəflər arasında altı oyun keçirilib. Final seriyasının son matçında dördüncü qələbəni əldə edən “bayquşlar” qızıl medallara sahib çıxıblar.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir