Liviyada toqquşmalarda azı 6 nəfər ölüb
Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində azı 6 nəfər ölüb, 70-ə yaxın adam yaralanıb.
“Report”un Libya Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tripolinin Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vəhab bildirib.
Onun sözlərinə görə, ölənlər arasında beş döyüşçü və bir mülki şəxs – əcnəbi olub. Əcnəbi Tripoli küçəsində atəşə tutulan Misir vətəndaşıdır.
Mənbə: Report.Az