GÜNDƏM

İlham Əliyev onu yenidən direktor TƏYİN ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorun təyin edilməsi barədə Sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.

Qeyd edək ki, Tural Piriyev ilk dəfə 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edilib. O, əvvəllər “PAŞA Holdinq” MMC-nin Türkiyə üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Fondun icraçı direktorunun və müavinin (müavinlərin) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir