SƏHİYYƏ

Həkimdən ŞOK ETİRAF – Bu qazlı suları hər içəndə ömrünüz 12 dəqiqə qısalır

“Şirin qazlı su istehlakını minimuma endirmək daha yaxşıdır, çünki hər istehlak ömrü 12 dəqiqə qısaldır”.

Turkustan.az xəbər verir ki, tibb işçisi Alvaro Fernandez “20minutos”a məşhur içkinin yaratdığı təhlükələrdən danışıb.

Həkimin sözlərinə görə, içdiyiniz hər qutu şirin qazlı su ömrünüzü 12 dəqiqə qısaldır. Bu, Miçiqan Universitetinin alimləri tərəfindən aparılan son araşdırmada sübuta yetirilib. Onlar müəyyən ediblər ki, içki piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır.

Şəkərli qazlı su maddələr mübadiləsinə də mənfi təsir göstərir, qanda insulin sıçrayışlarına səbəb olur və orqanizmdə bir neçə növ xərçənglə əlaqəli olan ümumi iltihabın səviyyəsini artırır.

Alimlər qeyd ediblər ki, qazlı suya əlavə edilən boyalar və konservantlar bağırsaq mikroflorasına mənfi təsir göstərir. /BAKU.WS/









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir