BƏLƏDİYYƏ

İcranın hesabat yığıncağı keçirildi, bələdiyyə sədri təltif edildi

İcranın hesabat yığıncağı keçirildi, bələdiyyə sədri təltif edildi

Goranboy
rayon İcra Hakimiyyətində  2025-ci ilin
1-ci rübünün yekunları müzakirə edilib. Qeyd edək ki,  Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm
Quliyevin rəhbərliyi ilə  Başçı yanında
Şuranın növbəti iclası keçirilib. Bu barədə məlumatı Göranboy RİH yayıb.  

İclasda
Şura üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai
Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr,
rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir
qrup rayon fəalları iştirak etdilər.

Şurada
“2025-ci ilin 1-ci rübü ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişafı sahəsində görülmüş işlər və 
qarşıda duran vəzifələr barədə” məruzə dinlənilib,  rayonun həlli vacib məsələləri barədə geniş
müzakirələr aparıldı.

RİH
Başçısı yanında Şuranın və RİH-nin Tədbirlər Planına uyğun olaraq, işlərin
operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm
hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, icra başçısı tərəfindən
müvafiq tapşırıq və tövsiyyələr verilib.

İclasın
sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən
şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr
göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərman”ları
təqdim edilib.

Təltif
edilənlər arasında Faxralı bələdiyyəsinin sədri Sevda Vəliyeva da var. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/