DÜNYA

Tripolidə silahlı toqquşmalar baş verir

Liviyanın paytaxtı Tripolidə atəş səsləri eşidilməyə başlanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Ahrar” məlumat yayıb.

“Paytaxt Tripolidə Dəstək və Sabitləşdirmə İdarəsinin rəhbəri Əbdülqəni əl-Kiklinin ölümü barədə məlumatlar fonunda vaxtaşırı atışma səsləri eşidilməyə davam edir”, – telekanal qeyd edib.

Bildirilib ki, Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi nümayəndəsi Malik Marsit telekanala açıqlamasında münaqişə zonalarına yaxın ərazilərdə yaşayan sakinləri evdə qalmağa və mümkün qədər ehtiyatlı olmağa çağırıb.

Öz növbəsində, Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi də Tripoli vətəndaşlarını öz təhlükəsizlikləri naminə evlərində qalmağa çağırıb.

Bundan başqa, paytaxtın Mitiqa hava limanının fəaliyyəti dayandırılıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir