BƏLƏDİYYƏ

Arzu Aslanova Zığ bələdiyyəsinin sədri seçilib

Arzu Aslanova Zığ bələdiyyəsinin sədri seçilib

Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən bu günlərdə
Suraxanı rayonu Zığ bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bu günlərdə
bələdiyyənin ilk iclası keçirilib.

İclasın sədri
olan  üzvlərin ən yaşlısı Mehrab
Hüseynov  bələdiyyə üzvlərinin siyahısını
elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin
olduğunu qeyd edib.

Səsvermənin
nəticəsinə əsasən Zığ bələdiyyəsinin sədri vəzifəsinə yekdilliklə Arzu
Aslanaova, Nizami Xudiyev və Bəhmən Süleymanov isə Zığ bələdiyyəsinin sədr
müavini vəzifəsinə seçiliblər.

Qeyd edək
ki, Zığ bələdiyyəsinin 13 nəfər üzvü var .

Sədr və sədr
müavini bələdiyyə üzvlərinə onlara göstərilən etimada görə, təşəkkürlərini  bildirməklə yanaşı bu etimadı doğrulıtmaq
üşün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.

Qeyd edək
ki, sədr Arzu Asalanıvanın həyat yoldaşı 
Qoşqar Aslanov

 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbini bitirib. Vətən müharibəsində qəhrəmancasına vuruşaraq
Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, yaralanmasına
baxmayaraq hərbi hospitalda müalicə olunmaqdan imtina edib və Şuşa şəhərinin
işğaldan azad olunmasında vuruşub.

Qoşqar
Aslanov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Hərbi
xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Vətən müharibəsi
iştirakçısı” medalları ilə təltif olunub.

O, 7
avqust 2024-cü il tarixdə vəfat edib.

Aslanova
Arzu Əbdürrəhman qızı 27 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub.
2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi
İqtisadiyyat fakültəsində bakalavr təhsili alıb.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir