BƏLƏDİYYƏ

Yaşar Abdullayev: “Kəpəz bələdiyyəsinin vergi xidməti orqanı BAMS-da tətbiq edilən yeniliklərdən yetərincə yararlanır”

Yaşar Abdullayev:Kəpəz bələdiyyəsinin vergi xidməti orqanı BAMS-da tətbiq edilən yeniliklərdən yetərincə yararlanır

“Hazırda respublikamızın
hərtərəfli inkişafına uyğun olaraq, digər sahələrdə olduğu kimi, bələdiyyə
sistemində də davamlı islahatlar aparılmaqla təkmilləşir, ən əsası vətəndaş məmnunluğunun
yüksəldilməsi məqsədilə əhaliyə daha keyfiyyətli xidmətlərin göstərilməsi ilə
bağlı ardıcıl tədbirlər həyata keçirilir”- bu fikirləri Gəncə şəhəri Kəpəz bələdiyyəsinin
sədri Yaşar Abdullayev  bildirib.

Bu gün  ölkəmizin hərtərəfli inkişafı prosesində yerli
özünüidarəetmənin səmərəliliyinin artırılması diqqətdən kənarda qalmır, müvafiq
orqanlar bu sistemin inkişafı üçün öz dəstəyini
hər daim  göstərməkdədir.

Sədrin sözlərinə görə, bələdiyyənin vergi-uçot sistemi
düzgün şəkildə qurulduğundan hazırda hər hansı bir quruma borc  yaranmayıb. İstər əməkhaqqı
, istər

digər ödənişlərin icrası  vaxtında həyata
keçirilir.

Bununla yanaşı vergi xidməti orqanı BAMS-da tətbiq
edilən yeniliklərdən yetərincə yararlanır. Xüsusilə qeyd edilməlidir ki,
Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı ilə BAMS-ın Əmlak
Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə qoşulması, o cümlədən BAMS-da tətbiq
edilən yeniliklər, BAMS-proqramında SMS xidmətinin və E-belediyye.az portalının
istifadəyə verilməsi

b
üdcə
gəlirlərinin artmasına ciddi şəkildə
təsir göstərib. Ümid edirəm ki, BAMS-da
tətbiq edilən yeniliklər
bu
il
büdcə
gəlirlərinin daha çox artımına səbəb olacaq.

Dövlət başçısının insanlara layiqli xidmətin göstərilməsi, vətəndaş məmnunluğunun
təmin edilməsi tapşırıqlarına uyğun olaraq Kəpəz bələdiyyəsində vətəndaşların
müraciətlərinə baxılması və onların qəbulu işinə xüsusi diqqət göstərili
r və göstərilməkdədir.

Vətəndaş müraciətlərinə, xüsusilə şəhid ailə üzvlərinin,
müharibə əlilləri və iştirakçılarının müraciətlərinə həssaslıq və qayğı ilə
yanaşılmasının nəticəsində təmin edilən müraciətlərin sayında ötən ilin müvafiq
dövrü ilə müqayisədə xeyli artım müşahidə olunub.

Bildirilib ki, büdcə gəlirləri artdıqca bələdiyyə tərəfindən
müxtəlif sosial xarakterli layihələrin həyata keçirilməsinə diqqət
də artıb.

Bu il qanunvericilikdə
edilən dəyişiklikdən sonra Hacıkənd bələdiyyəsi Kəpəz bələdiyyəsinə birləşdirildi.
Bu birləşdirmə bələdiyyənin üzərinə düşən məsuliyyət yükünü  də bir xeyli artırıb. İnanıram ki, Gəncə ŞİH-in
və Gəncə regional ədliyyə isdarəsinin dəstəyi ilə üzərimizə düşən problemləri
sürətli şəkildə həll etməklə vətəndaş məmnunluğunun təmin edilməsinə var gücümüzlə
çalışçacağıq.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir