2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
2025-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Şuşa rayonu üzrə 2025-ci ilin məhsulu üçün 01 aprel 2025-ci il vəziyyətinə 1718,1 hektarda əkin işləri aparılmışdır ki, bunun da 1681,6 hektarı payızlıq, 36,5 hektarı yazlıq əkin sahəsidir. Payızlıq əkin sahəsinin 926,1 hektarı buğda, 637,8 hektarı arpa, 117,7 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 0,5 hektarı kartof, 11,0 hektarı tərəvəz və 25,0 hektarı isə bostan bitkiləri sahəsidir. Yazlıq əkin hal-hazırda davam edir.
01 aprel 2024-cü il vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 5341 baş olduğu halda, 01 aprel 2025-ci ildə 4360 baş olmuş, yəni 981 baş və ya 18,4 faiz, inək və camışların sayı 01 aprel 2024-cü ildə 2540 baş olduğu halda, 01 aprel 2025-ci ildə 2095 baş olmuş, yəni 445 baş və ya 17,5 faiz, qoyun və keçilərin sayı 01 aprel 2024-cü il 32889 baş olduğu halda, 01 aprel 2025-ci ildə 22757 baş olmuş, yəni 10132 baş və ya 30,8 faiz azalmışdır.
2025-ci ilin yanvar-mart ayları ərzində ət istehsalı 1426,0 sentner (diri çəkidə), süd istehsalı 4837,0 sentner, yumurta istehsalı 305,0 min ədəd olmuşdur. 2025-ci il yanvar-mart ayları ərzində 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 383,0 sentner, yəni 36,7 faiz artmış, süd istehsalı 468,0 sentner, yəni 8,8 faiz, yumurta istehsalı 9,0 min ədəd, yəni 2,9 faiz azalmışdır. 2025-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul buraxılışının həcmi 1554,1 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,0 faiz çox olmuşdur. Sahə üzrə məhsul buraxılışının 1554,1 min manatını heyvandarlıq məhsulları təşkil etmişdir.
Asəf Mikayılov
Şuşa Rayon Statistika İdarəsinin rəis müavini
Mənbə: Meneviyyat.Az/