İDMAN

İspaniya klubunun qapıçısı karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər

İspaniyanın “Espanyol” klubunun qapıçısı Xoan Qarsiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“Report” “İndependent”ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiperlə “Arsenal” yaxından maraqlanır.

London klubu Qarsiyanı ehtiyat qapıçı kimi transfer etmək istəyir.

Qeyd edək ki, X.Qarsiya cari mövsümdə meydana çıxdığı 34 oyunda 44 qol buraxıb. 7 görüşdə isə qapısında qol görməyib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir