İDMAN

FİFA mundialda qadın komandaların sayını artıracaq

FIFA Şurası qadınlar arasında dünya çempionatında iştirak edən komandaların sayının 32-dən 48-ə artırılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

48 komandanın iştirak edəcəyi dünya çempionatı 2031-ci ildə Şimali Amerikada keçiriləcək. 2027-ci ildə Braziliyada təşkil olunacaq yarışda isə 32 yığma iştirak edəcək.

2031-ci ildəki turnir 12 qrup formatında keçiriləcək. Beləliklə, ümumi oyunların sayı 64-dən 104-ə yüksələcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir