Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək
Parapauerliftinq üzrə Azərbaycan yığması mayın 10-12-si aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Bu barədə “Report”a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə Leyla Kərimova (73 kq) mübarizə aparacaqlar.
Mənbə: Report.Az