BƏLƏDİYYƏ

Bələdiyyə sədri səyyar görüşlərini davam etdirir

Bələdiyyə sədri səyyar görüşlərini davam etdirir


 “Masallı rayonu Boradigah bələdiyyəsi tərəfindən vətəndaşlarla
birbaşa ünsiyyətin gücləndirilməsi və yerində mövcud problemlərin öyrənilməsi məqsədilə
səyyar görüşlər təşkil olunmaqdadır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri
Tünzalə Qardaşova  deyib.

Sədr bildirib ki, bələdiyyə nümayəndələri Boradigah, Mollaoba və
Babaser kəndlərində sakinlərlə görüşlər keçirmişdir. Görüşlər zamanı sakinlər əsasən  kanallarda mövcud olan problemlər, örüş yerləri
ilə bağlı narahatlıqlar və digər sosial məsələləri gündəmə gətirmişlər.
Qaldırılan məsələlər bələdiyyə tərəfindən diqqətlə qeydə alınmış və mövcud
qanunvericiliyin tələbləri çərçivəsində həlli istiqamətində tədbirlərin görülməsi
üçün müvafiq araşdırmalara başlanılmışdır.

Səyyar görüşlərin məqsədi yerli əhali ilə birbaşa təmasda olmaq,
onların gündəlik həyatına təsir edən məsələləri operativ şəkildə araşdırmaq və
mümkün olan həll yollarını müəyyən etməkdir. Bu tip görüşlərin gələcəkdə də
davam etdirilməsi nəzərdə tutulur.

Boradigah bələdiyyəsi olaraq, vətəndaş məmnuniyyəti üçün və  bütün müraciətlərin cavablandırılmasına və həlli
üçün səylə çalışacağımızı bildiririk.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir