İDMAN

“Fiorentina”nın hücumçusu karyerasını İngiltərədə davam etdirə bilər

İtaliyanın “Fiorentina” klubunun hücumçusu Moyze Ken karyerasını İngiltərədə davam etdirə bilər.

“Report”un “Footmercato”ya istinadən məlumatına görə, 25 yaşlı italiyalı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

Daha əvvəl onun “Barselona”nın da transfer siyahısında olduğu bildirilirdi.

Qeyd edək ki, M.Ken cari mövsüm İtaliya klubunun heyətində meydana çıxdığı 41 oyunda 23 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir