Yeni seçilən sədr: “Seçici hər zaman bələdiyyənin ona göstərdiyi qayğını hiss etməlidir”
Yeni seçilən sədr: “Seçici hər zaman bələdiyyənin ona göstərdiyi qayğını hiss etməlidir”
“Mingəşevir bələdiyyəsinin bu gün əsas vəzifəsi seçiciləri
dinləmək, onların üzləşdiyi problemlərin həllinə çalışmaqdır.”- bu fikirləri
adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov bildirib.
Sədr bildirib ki, bələdiyyə
iclasının qərarına əsasən bələdiyyənin inzibati binasında sədrin, sədr
müavininin və komissiya sədrlərinin konkret qəbul günləri müəyyən edilib.
Sakinlər hər gün növbəlilik əsasında qəbula
gəlib, öz problemlərinin həlli ilə bağlı bələdiyyənin məsul vəzifəli şəxslərinə
müraciət edə bilərlər. Bununla yanaşı vətəndaşlarla hər bir görüşdə onların da
üzərinə düşən vəzifələrdən və məsuliyyət yükündən söhbət açılır. Ən əsası yerli vergilərin vaxtında ödənilməsi, əmlaklarının
dövlət qeydiyyatına alınması və sair məqamlar da secicilərə izah verilir.
Sədr qeyd edib ki, “seçici hər zaman bələdiyyənin ona göstərdiyi
qaydğını hiss etməlidir”
Mingəçevir Bələdiyyəsinin rəhbər heyətinin qəbul günlərini
diqqətinizə çatdırırıq.
Mənbə: Meneviyyat.Az/