DİASPOR

Hollandiyanın Vlaardingen şəhərində ilk dəfə olaraq Türk dili/Ana dili bayramı keçirilib

5 may 2025 il, Hollandiyanın Vlaardingen şəhərində ilk dəfə olaraq Türk dili/Ana dili bayramı keçirildi. Bu gözəl günün təşəbbüsü və təşkilatçılığı Kuşakdan Kuşağa vakfına aiddir. Onlar Hollandiyada fəaliyyət göstərən Türk dilli xalqların cəmiyyətlərinə müraciət edərək bu bayramda iştrak etməyə dəvət etmişlər. Azərbaycanın musiqi mədəniyyətini uzun illər boyu tərənnüm və təbliğ edən Azərbaycan Niderland Odlar Yurdu cəmiyyəti də bu bayramda iştrak etmişdir. Cəmiyyətin sədri Frəngiz xanım Bağırova öz çıxışında Kuşakdan Kuşağa vakfına öz minnətdarlığını bildirərək, gözəl bayram haqqında öz təsuratlarını gələn qonaqlarla bölüşdü. O, Azərbaycandan apardığı Azərbaycan haqqında olan kitabı vakfın sədrinə hörmətli Fehmi bəyə təqdim etdi. Azərbaycan Niderland Odlar Yurdu cəmiyyətinin sədri Frəngiz xanım Bağırovanın çıxışından sonra, cəmiyyətin üzvü, xanəndə Nehmətağa Əliyev səhnəyə çıxaraq gələn qonaqları gözəl musiqimizlə təbrik etdi. Onun ilk ifası Xalq mahnısı Şuşanın dağları oldu. Ardınca Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Ana dili şeirini səsləndirdi. Və sonda Elza İbrahimovanın bəstələdiyi, hamımızın sevdiyi Ey Vətən musiqi əsərini Frəngiz Bağırova ilə birlikdə ifa etdilər. Bu çıxış böyük coşqu ilə qarşılandı, zalda oturan insanlar ayağa qalxıb, musiqiçiləri ayaqüstü alqışladılar. Bütün zal Azərbaycan bayraqları ilə dalğalandı. Azərbaycan Niderland Odlar Yurdu cəmiyyətinin sədri Frəngiz xanım Bağırovaya Kuşakdan Kuşağa vakfından bu bayramdan xatirə olaraq Türk Cümhuriyyətinin səfirliyinin vəkili tərəfindən hədiyyə təqdim olundu.

image-05d68d6c-b6ab-4dd2-abc8-bf8df1f250b4 image-29d43800-b0e4-42f4-9e79-7308685bfe39 image-cc78186f-1ad5-4d07-a3bd-63760c19625d

Mənbə: Diaspornews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir