GÜNDƏM

“Minika” uşaq bagçasında Novruz Bayramı şənliyi qeyd olundu

bdmxeber.az xəbər verir ki, “Smart” Education Bağçalar şəbəkəsinin tabeliyində olan “Minika” bağçasında  milli bayramımız olan Novruz bayramı balaca fidanlarımız tərəfindən qeyd olundu.
“Smart” Education Bağçalar şəbəkəsinin təsisçisi, İlgün Valehqızı bildirdi ki, “Biz Smart” Education Bağçalar şəbəkəsi olaraq mütəmadi şəkildə dövlət əhəmiyyətli günlərimizi, bayramlarımız müəllimlərin rəhbərliyi altında uşaqlarla birgə qeyd edirik. Tədbirlərdə uşaqların inkişafını, istedadlarını və bacarlarını üzə çıxarırıq. Təbii ki bunlarda onların hərtərəfli inkişafına dəstək olur. Bugünki tədbirimiz də Novruz Bayramına həsr olunması, xüsusən də gələcəyimiz olan uşaqlar tərəfindən keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Bu gün Novruz Bayramı şənliyinə uşaqlarımızın həvəslə hazırlaşmalarını, üzlərindəki sevincin şahidi oluruq”.
Bağça müəllimlərindən Xəyalə Quliyeva, Vəfa Ələkbərovanın rəhbərliyi altında Məmmədova Sona, Məmmədov Cavad, Mütəllimli Ramal, Məmmədova Nəfəs, Salmanova Yağmur, Abuşova Nərmin, Əliyev İsmayıl, Babayeva Zümrüd, Əmənzadə Əli, Xəlilova Sofiya Azərbaycan dilində, Zəhra Xəlilova, Fatimə Məşədiyevanın rəhbərliyi ilə isə Sadiyeva Cahan, Nəbizadə Yasin, Quluzadə Dəniz Məmmədova İnci, Qədirli Səma, Adilzadə Araz, Allahverdiyeva Zeynəb, Qəniyeva Aylin,rus dilində uşaqlar şeirlər dedilər.
Sonra balaca fidanların Azərbaycan, ingilis və rus dillərində “Bahar”, “Bahar gəlir elimizə”, “Bənövşə” rəqslərini böyük sevinc və həvəslə oynadılar.
Balacaların “Novruz gəlib”, “Novruzum”, “Bahar” musiqilərinin, eləcə də “Arşın mal alan”, “Novruz”  səhnəcikləri şənliyi rəngarəng və maraqlı etdi.

   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir