DÜNYA

Zaxarova: Bu həftə Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqları planlaşdırılmır

Bu həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında danışıqların yeni raundu planlaşdırılmır və ABŞ tərəfindən də heç bir müvafiq məlumat daxil olmayıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Daha əvvəl CNN telekanalı mənbələrə istinadən Rusiya və ABŞ arasında yeni görüşün bu həftə Səudiyyə Ərəbistanında keçirilə biləcəyini bildirmişdi.

“Planlaşdırılmır. Üstəlik, ABŞ tərəfindən heç bir məlumat daxil olmayıb”, – diplomat müvafiq suala cavabında qeyd edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir