Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 14 fevral tarixində Şirvan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Mənbə: Meneviyyat.Az/