Nizami bələdiyyəsinin təşkilatçılığı ilə məktəblilər arasında inşa müsabiqəsi keçirilib
Nizami bələdiyyəsinin təşkilatçılığı ilə məktəblilər arasında inşa müsabiqəsi keçirilib
“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Nizami rayon orta ümumtəhsil məktəb şagirdləri arasında”Ana bəşərin əbədi tacıdır” adlı inşa-yazı müsabiqəsinə yekun vurulub.
Yekun təqdimat Azərbaycan himninin dinlənilməsi ilə başlayıb. Bununla yanaşı Ulu öndər Heydər Əliyevin və şəhidləri xatirəsi bir dəqiqəilk sükutla yad edilib.
Paytaxtın Nizami bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən yekun təqdimatı Nizami bələdiyyənin sədr müavini Yeganə Ziyad qızının açaraq, keçirilən müsabiqədə Nizami rayon üzrə 32,70,109,210,229,250 tam orta məktəbin yalnız 6-cı sinif şagirdləri iştirak etdiklərini xüsusi vurğulayıb. Müsabiqəyə 35-dən çox inşa göndərilib və onlardan yalnız 12-si ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib.
İnşanın qiymətləndirilməsi Nizami bələdiyyəsi tərəfindən xüsusi dəvət olunmuş münsüflər heyətinin üzvü olaraq Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmalə Rəhimova tərəfindən yoxlanaraq həyata keçirilib.
Müsabiqənin keçirilməsində göstərdiyi dəstəyə görə orta məktəblərin müəllimlərinə minnətdarlığını bildirən Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev müsabiqə iştirakçılarını və qalibləri salamlayaraq bələdiyyə tərəfindən hər il məktəblilərin iştirakı ilə müxtəlif məzmunlu müsabiqələrin keçirildiyini qeyd edib. Ötən il rəsm müsabiqəsi, bu il isə inşa müsabiqəsinin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslə Vətən sevgisini aşılamaqdır. Sədrin sözlərinə görə, yazı-inşa müsabiqəsinə qatılan şagirdlər mövzu ilə əlaqəli qələmə aldıqları inşalarda hər söz və kəlmələrində ürəklərindəki məhəbbəti, qəlblərdəki minnətdarlıq hissini, ömrünü öz övladlarına həsr edən, gecəsi-gündüzünü balalarına fəda edən analara kiçik də olsa bir sevinc yaşatmağa çalışmışlar.
Tədbir də bələdiyyənin sədr müavini Heydər Rəhimov, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli müsabiqə iştiakçılarına və qaliblərə təhslidə daha böyük uğurlara imza atmağı arzulamışlar.
Sonda “Ana bəşərin əbədi tacıdır” adlı inşa-yazı müsabiqəsinin iştirakçıları və qaliblər mükafatlandırılmışlar.
İnşa-yazı müsabiqəsində birinci yerə Y.Kovalyov adına 229 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Həbibzadə İbrahim Etibar oğlu, ikinci yerə M.Rüstəmov adına 32 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Vəlibəyli Vaqif Ramil oğlu, üçüncü yerə 250 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Əliyev Yusif Elçin oğlu və Hüseynli Dəniz Orxan qızı layiq görülüblər.
Sonda müsabiqə iştirkaçılar ilə xatirə şəkli çəkilmişdir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/