İDMAN

Ağabala Ramazanov “Zirə”yə keçib

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bundan sonra o, əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, UEFA B kateqoriyasına malik olan gənc mütəxəssis bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb.

O, həmçinin 2020-2022-ci illər aralığında “qartallar”ın formasını geyinib və kapitan sarğısını daşıyıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir