BƏLƏDİYYƏ

Bələdiyyə sədri: “Sakinlərin qaldırdığı hər bir problem bələdiyyənin diqqət mərkəzində saxlanılır”

Bələdiyyə sədri: “Sakinlərin qaldırdığı hər bir problem bələdiyyənin diqqət mərkəzində saxlanılır”

 

“Zirə bələdiyyəsi qəbirstanlıqda növbəti layihənin icrasını həyata keçirib. Xəzər rayonu Zirə bələdiyyəsi  bələdiyyə iclasının qərarıyla ərazidəki qəbirstanlıqda abadlıq işlərini həyata keçirib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Hüseynli  bildirib.

Sədrin sözlərinə görə, qəbirstanlqdakı ara yollarda səliqə-səhman yaradılmış, asfalt-bardur işləri həyata keçirilmiş,  su xətti çəkilmiş, yeni növ gül kolları, habelə 100 ədəd qızılgül əkilərək aqrotexniki qulluq göstərilmişdir. Bununla yanaşı bir çox yerlərə çınqıl tökülərək yayılmışdır.

Bununla yanaşı ərazi həmçinin tullantılardan da təmizlənmişdir.

Sədr qeyd edib ki, sakinlərin qaldırdığı hər bir problem bələdiyyənin diqqət mərkəzində saxlanılır. 

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir