MARAQLI

Trampdan Makronun narahatedici jestinə reaksiya

Fransa prezidenti Emmanuel Makronun Ağ Evdə ABŞ lideri Donald Trampla görüşündə bir maraqlı məqam diqqətlərdən yayınmayıb. Belə ki, danışıqlar zamanı o, əlini ABŞ rəhbərinin dizinə qoyub.

Oxu.Az-ın məlumatına görə, video sosial şəbəkələrdə yayılıb və çoxsaylı müzakirələrə səbəb olub.

Kadrlarda Trampın da ona cavab olaraq əlini onun dizinin üstünə qoyması və Makronun onun dayandırmağa çalışması əks olunub. Videoda ölkə liderlərinin əlləri bir-birini tutarkən narahat bir pauza yarandığı da görünür.

İstifadəçilər Makronu ABŞ liderinin dizinə toxunmasını qeyri-peşəkarlıq sayıblar.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Ağ Evin önündə qarşılamayıb. Nəticədə Makron özü binaya daxil olub. Qeyd olunur ki, Trampın bu hərəkəti Fransanın Vaşinqton üçün əhəmiyyətini aydın şəkildə göstərərək Makronu alçatmaq anlamı daşıyır.

Mənbə: Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir