Dörd bələdiyyə üzrə seçkinin nəticələri etibarsız hesab edilib.
Dörd bələdiyyə üzrə seçkinin nəticələri etibarsız hesab edilib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekunları ilə bağlı iclasında deyib.
O qeyd edib ki, 78 saylı Lənkəran kənd seçki dairəsi (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib.
90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.
https://report.az/daxili-siyaset/msk-sedri-bezi-belediyyeler-uzre-seckinin-neticeleri-etibarsiz-hesab-edilib/
Mənbə: Meneviyyat.Az/