2024-cü ildə Şuşa rayonunda Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında
2024-cü ildə Şuşa rayonunda Ümumi məhsul buraxılışı və onun istifadəsi haqqında
2024-cü il ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9 faiz artaraq 789655,2 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 31335,5 manat təşkil etmişdir.
Məhsulun 23366,5 min manatı sənaye sahəsində, 9341,0 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 751529,0 min manatı tikinti sahəsində, 838,0 min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 177,6 min manatı informasiya və rabitə sahəsində, 4403,1 min manatı isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal olunmuşdur.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Mənbə: Meneviyyat.Az/