İFA SPOR Xocalı soyqırımının qurbanlarını yad etdi
İstanbulda İFA SPOR klubunun təşkilatçılığı, klubun başqanı Erdinç İlter, vitse-prezident Berkan Tar, baş direktor Okay Kaptan, İdarə Heyətinin üzvləri, idmançılar və Zeynəbiyə icmasının iştirakı ilə Xocalı soyqırımını yad edən pankartla dünyaya mesaj verilib.
Bu barədə açıqlamanı “Diaspornews.az”a I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, hərbi ekspert Akif Qasımov verib.
Onun sözlərinə görə, iştirakçılar və idmançılar soyqırım nəticəsində həlak olan soydaşlarımızın ruhuna dualar ediblər.
“Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki və Qarabağ qazisi olaraq, məni bu vacib gün münasibətilə dəvət etdiklərinə görə bütün həmvətənlərim adından İFA SPOR klubu İdarə Heyətinə və idmançılarına minnətdarlığımı bildirirəm.Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı! Bir millət, iki dövlət – Azərbaycan, Türkiyə”– deyə Akif Qasımov bildirib.
Qeyd edək ki, İFA SPOR klubu daha çox son illərdə Türkiyəyə köçən azərbaycanlılardan ibarətdir.
Mənbə: Diaspornews.Az