MARAQLI

Gələn il Marsa süni intellektli robotlar göndəriləcək

İlon Mask 2026-cı ilin noyabrında Marsa süni intellektli robotlar göndərməyi planlaşdırır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “SpaceX” rəhbəri özünün “X” hesabında bəyan edib.

“Yer və Mars arasında səyahət hər 26 aydan bir mümkündür, növbəti dəfə bu, təxminən gələn ilin noyabrında olacaq. Əgər hər şey yaxşı olarsa, “SpaceX” aerokosmik şirkəti “Starship” gəmilərini avtonom robotlar və “Grok” süni intellekti ilə birlikdə Marsa göndərəcək”, – deyə Mask “X”də bildirib.

Mənbə: Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir