BƏLƏDİYYƏ

Bələdiyyə seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir

Bələdiyyə seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir

Bələdiyyə
seçkilərində səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 961 min 625 nəfərdir

Yanvarın
29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 5 milyon 961 min 625 seçicinin adı
qeydiyyata alınıb.

AZƏRTAC
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun
yanvarın 21-də keçirilən iclasında deyib.

O
bildirib ki, 125 dairədən 7-si işğaldan azad edilən ərazilərdə yerləşir. O dairələrdə
seçkilər keçirilməyəcək. Buna görə də bələdiyyə seçkilərində səs verən seçicilərin
sayı ümumi seçicilərin sayından az olur.

Məzahir
Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərinə hazırlıq prezident və parlament
seçkilərinə hazırlıqdan geri qalmamalıdır.

https://azertag.az/xeber/belediyye_sechkilerinde_sesverme_huququ_olan_sexslerin_sayi_5_milyon_961_min_625_neferdir-3382615

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir