Tərlan İsmayılov: “Bələdiyyə vergiləri toplamaqla yox, həm də …”
Tərlan İsmayılov: “Bələdiyyə vergiləri toplamaqla yox, həm də …”
“İsmayıllı
bələdiyyəsi qarşıdakı illərdə yeni idarəçilik modelinə keçməyə hazırlaşır. Bələdiyyələrin
maliyyə potensialının artırılması, şəffaf idarəçiliyin təmin edilməsi və
elektron sistemlərin tətbiqi artıq müasir dövrün tələbidir” – bu fikirləri uzun illər bələdiyyə sistemində uğurla çalışan
mütəxəssislərdən olan Tərlan İsmayılov deyib.
Əlavə
edək ki, nələdiyyə sistemində uğurlu karyera quran Tərlan İsmayılov uzun illərdir
bələdiyyə sistemində məsul vəzifələrdə çalışmış, Xırdalan və Nəsimi bələdiyyələrində
innovativ yanaşmaları ilə fərqlənmişdir. Onun rəhbərlik etdiyi layihələrdə əsas
hədəf icra hakimiyyəti ilə koordinasiyalı şəkildə işləyərək İsmayıllının inkişafına
töhfə verməkdir.
Tərlan
İsmayılovun rəhbərliyi altında rəqəmsal vergi uçotu sistemi tətbiq olunmuş, bələdiyyə
gəlirləri artmış, şəffaf və nağdsız ödəniş
sistemləri işə salınmış, habelə bələdiyyə sahibkarlara daha səmərəli və şəffaf
xidmətlər təqdim etməyə başlamışdır.
Bələdiyyə
idarəçiliyi üzrə zəngin təcrübəyə malik olan Tərlan İsmayılov İsmayıllının
turizm, kənd təsərrüfatı və yerli biznesin inkişafı üçün strateji planlar təqdim
etməyə hazır olduğunu bildirib. Belediyye.infonun əməkdaşı ilə söhbətində bildirib
ki, bələdiyyələr yalnız torpaq və əmlak vergisi toplamaqla məhdudlaşmamalıdır.Bələdiyyələr
həm də,
1) Turizmin inkişafı üçün şəffaf
rüsum və onlayn uçot sistemi,
2) Kənd təsərrüfatı üçün
subsidiya və dəstək mexanizmləri,
3) İsmayıllıda ilk dəfə rəqəmsal
bələdiyyə sisteminin yaradılması,
4) Yerli sahibkarların və fermerlərin
bələdiyyə ilə birbaşa işləməsi üçün yeni platformalar,
5) İcra Hakimiyyəti ilə
koordinasiya və effektiv idarəetmə sisteminin qurulmasına çalışmalıdırlar.
Tərlan
İsmayılov bildirib ki, bələdiyyələrin uğuru təkcə daxili idarəetmə ilə deyil, həm
də yerli icra strukturları ilə səmərəli əməkdaşlıqla bağlıdır. Onun sözlərinə
görə, İsmayıllı bələdiyyəsinin gələcək inkişafı üçün şəffaf, rəqəmsal və
inkişafa açıq bir sistem qurmaq lazımdır. Bunun üçün:
1) Elektron ödəmə və vergi sistemlərinin tam tətbiqi,
2) Sahibkarlar və vətəndaşlar üçün rəqəmsal
xidmətlərin genişləndirilməsi,
3) İsmayıllı bələdiyyəsini ölkədə model
bir bələdiyyəyə çevirmək tələb olunur.
Tərlan İsmayılov
bildirib ki, İsmayıllının iqtisadi
potensialı çox böyükdür və onu düzgün idarəçiliklə daha da inkişaf etdirmək
mümkündür. Bələdiyyə yalnız büdcə toplamaqla yox, həm də yerli iqtisadiyyatı
stimullaşdırmaqla məşğul olmalıdır. Bu
strategiyanın həyata keçirilməsi üçün təcrübə, bilik və idarəetmə bacarığı
lazımdır. Müşahidələr göstərir ki, İsmayıllı bələdiyyəsi artıq yenilikçi və
effektiv idarəçilik modelinə keçməyə hazırdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/