BƏLƏDİYYƏ

Gunel Ağayeva: “Fəaliyyətimizin sonuncu ilində secicilərimizə verdiyimiz vədi tam şəkildə yerinə yetirmək niyyətindəyik”

Gunel Ağayeva: “Fəaliyyətimizin sonuncu ilində secicilərimizə verdiyimiz vədi tam şəkildə yerinə yetirmək niyyətindəyik”

“Qəbələ rayonu Tüntül bələdiyyəsi maliyyə imkanları çərçivəsində
kənd ərazisində ciddi layihələri icra etməklə seçicilərinə verdikləri sözü
tutmağa çalışır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Günel Ağayeva
bildirib.

Tüntül bələdiyyəsinin təşəbbüsü ilə kənd ərazisindəki, qəbirstanlıqlarda
abadlıq  və təmizlik işləri aparılmışdır.

Kəndin baş,orta məhəllə və “Beylas” qəbirstanlıqlarında
abadlıq işləri ilə yanaşı təmizlik işləri də aparılmışdır. Bununla yanaşı kəndin
“Beylas” adlanan məhəlləsində kəndarası yollarda cari təmir işləri
aparılmışdır.

Sədr bildirib ki, bələdiyyə qazi və aztəminatlı ailələrə
maddi və mənəvi dəstək göstərməyi də unutmur. Belə ki, qazi Bəhram Nuriyevə 300
manat həcmində, Səadət Atayevaya 200 manat, Nazilə Səmədovaya  və vvə Ağa Atayeva hər birinə 100 manat həcmində
maliyyə yardımı göstərilmişdir.

Sədr bildirib ki, fəaliyyətimizin sonuncu ilində secicilərimizə
verdiyimiz vədləri tam şəkildə yerinə yetirmək niyyətindəyik.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir