“Mançester Siti” Xosep Qvardiolanın rəhbərliyi altında ən pis göstəricisinə imza atıb
“Mançester Siti” baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında ən pis göstəricisinə imza atıb.
“Report”un “Opta Sport”a istinadən məlumatına görə, bu “şəhərlilər”in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Real”a (İspaniya) uduzduğu (2:3) matçda gerçəkləşib.
Belə ki, Madrid klubu İngiltərə Premyer Liqası təmsilçisinin qapısına 20 zərbə endirib və bunlardan 8-i “çərçivəyə” düşüb. Bu, ispaniyalı baş məşqçinin rəhbərliyi dönəmində “Mançester Siti”nin ev oyunlarında buraxdığı zərbələr üzrə antirekorddur.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 19-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Mənbə: Report.Az