İDMAN

İngiltərə Kuboku: “Tottenhem” turnirlə vidalaşıb

“Aston Villa” “Tottenhem”i məğlub edərək İngiltərə Kubokunda 1/8 finala yüksəlib.

“Report” xəbər verir ki, Birminhemdəki “Villa Park” stadionunda keçirilmiş qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qol artıq ikinci dəqiqədə “Aston Villa”nın yarımmüdafiəçisi Ceykob Remsi tərəfindən vurulub. 65-ci dəqiqədə Morqan Rocers komandasının üstünlüyünü ikiqat artırıb. 90+1-ci dəqiqədə “mahmızlar”ın hücumçusu Matis Tel fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, İngiltərə Kubokunun 1/16 final mərhələsində qalib bir oyunda müəyyənləşir. Əsas vaxt heç-heçə başa çatarsa, əlavə vaxt təyin edilir. Əlavə vaxtda da qalib müəyyən olunmazsa, penalti seriyasına start verilir. Oyunun keçirilmə yeri isə püşkatma yolu ilə müəyyən edilir. Analoji reqlament növbəti mərhələdə də tətbiq ediləcək.

2023/2024 mövsümündə İngiltərə Kubokunu final matçında “Mançester Siti”ni 2:1 hesabı ilə məğlub edən “Mançester Yunayted” qazanıb.

Turnirdə ən çox (14 dəfə) “Arsenal” çempion olub.

Xatırladaq ki, daha əvvəl favorit “Liverpul” turnirlə vidalaşmışdı.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir