DÜNYA

Qarabağdakı keçmiş separatçı rejimin “komandanı” 5,5 il müddətinə həbs edilib

Ermənistan Cinayət Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin “komandanı” Cəlal Arutyunyanı xidməti səhlənkarlıqda təqsirli bilərək 5,5 il müddətinə azadlıqdan məhrum edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

İttiham hökmünə əsasən, Arutyunyan 2020-ci ildə hərbi qulluqçuların ölümünə səbəb olan xidməti səhlənkarlıq törədib. “General”ın vəkilləri əvvəllər bildirmişdilər ki, o, ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmir.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir