TƏHSİL

8 Noyabr Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər” adlı tədbir tədbir keçirilib

ADPU-nun Şamaxı filialında 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Xarı bülbül qoxulu Zəfər” adlı tədbir keçirilib. Tədbirdən öncə filialın direktoru, dosent Tünzalə Yusifova  Vətən Müharibəsi iştirakçıları Hüseynov Şaiq və Qarayev Etibar ilə görüşərək onların xatirələrini dinləyib.

Daha sonra filialın həyətyanı sahəsində Şəhid Məzunlarımıza həsr olunmuş güşə ziyarət olunub, ardınca tələbələrin əl işlərindən ibarət Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirildi.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbirimiz açıq elan olundu. Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
ADPU-nun Şamaxı filialının direktoru,  dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, torpaqlarını düşmən tapdağından azad edərək, Zəfər Gününü təsis etdi. Bu şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyev, Müzəffər Ordumuzun əsgər və zabitləri, hərbçiləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir. Bu zəfər ölkəmizdə xüsusi təntənə ilə qeyd olunduğu kimi, hər il filialımızda da böyük sevinc və qürur hissi ilə qeyd olunur.
Sosial və xüsusi fənlər kafedrasının dosenti, t.ü.f.d. Zərifə Cavadova “Tariximizin şanlı səhifəsi”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d. Eyvaz Eminaliyev “Zəfər tarixi müasir gəncliyin salnaməsidir”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Əsmər Əliyeva “Qələbə psixologiyası” mövzusunda ətraflı çıxış etdilər.
Tədbir bədii hissə ilə davam etdi. Tələbələrin ifasında milli rəqslər nümayiş olundu, şeirlər və mahnilar səsləndirildi. Sonda xatirə şəkli çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir