HƏRBİ

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun xatirəsi anılıb

İkinci Fəxri xiyabanda polkovnik-leytenant Əkrəm Şadmanovun şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə şəhidin yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Onlar Ə.Şadmanovun döyüş yolu və Vətən müharibəsindəki şücaətindən danışıblar.

Qeyd edək ki, Ə.Şadmanov 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri zamanı xüsusi şücaət göstərib. O, 2023- cü il sentyabrın 24-də Ağdam rayonunda döyüş mövqelərinə baş çəkməyə gedərkən minaya düşərək şəhid olub. O, “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və bir neçə rayonun azad olunması uğrunda medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant 2023-cü il sentyabrın 24-də ikinci fəxri xiyabanda dəfn edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir