Rauf Zeyni Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, Azərbaycan Respublikasının I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
QHT.az xəbər verir ki, Rauf Zeyni, Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması, multikultural ənənələrin və tolerantlıq mühitinin təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, təhsil, mədəniyyət, idman və gənc istedadlara dəstək sahəsində yorulmaz fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin Mehriban xanım Əliyevanın dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsi istiqamətində misilsiz töhfələr verdiyini vurğulayıb.
Təbrik məktubunda Rauf Zeyni Mehriban xanım Əliyevaya və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və bütün fəaliyyətlərində uğurlar arzulayıb.
“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm,” – deyə Zeyni məktubunda qeyd edib.
https://www.qht.az/details/az/34776